Sakinim bina idarəsini rəqəmlərlə danışan, şəffaf bir işə çevirir
Biz MTK-lar, komendantlar və sakinlər üçün Azərbaycanda hazırlanmış bina idarəetmə platformasıyıq. Veb kabinet komendantın işini, mobil tətbiq isə sakinin suallarını əhatə edir.
Niyə başladıq
Bakıda yeni binaların çoxunda idarə eyni cür aparılır: komendantın əlində dəftər, kompüterdə bir neçə Excel faylı, telefonda isə sakinlərin WhatsApp qrupu. Kim nə qədər ödəyib, hansı mənzil borcludur, lift təmirinə yığılan pul nəyə xərclənib - bu suallara cavab tapmaq saatlarla vaxt aparır.
Sakin tərəfində vəziyyət daha da çətindir. O, borcunu bilmək üçün zəng edir, ödədiyini sübut etmək üçün ekran şəkli göndərir, xərclər barədə isə çox vaxt heç nə bilmir. Etimad azalır, ödənişlər gecikir.
Sakinim bu iki tərəfi bir sistemdə birləşdirmək üçün yarandı. Komendant hesabı bir dəfə yaradır, sakin onu dərhal telefonunda görür. Ödəniş qeyd olunanda hər iki tərəfdə eyni rəqəm görünür.
Sakinim nədir, nə deyil
- Uçot sistemi. Hesablar, ödənişlər, borclar, avanslar və xərclər bir yerdə.
- Əlaqə kanalı. Müraciətlər və elanlar qrupda itmir, hər birinin statusu var.
- Şəffaflıq aləti. Hər sakin öz hesablarını, ödənişlərini və qəbzlərini görür.
- Ödəniş sistemi deyil. Sakinlərin pulu birbaşa MTK-ya gedir, bizdən keçmir.
- MTK-nın əvəzi deyil. Tarifləri və qərarları binanın idarəsi verir, biz yalnız aləti veririk.
- Reklam platforması deyil. Sakinlərin məlumatı satılmır və reklam üçün istifadə olunmur.
Məlumatlarınız necə qorunur
Məxfilik siyasətini oxuyun →Hər bina ayrıca
Bir binanın məlumatı verilənlər bazası səviyyəsində digərlərindən təcrid olunub. Başqa binanın komendantı sizin məlumatı görə bilməz.
Şifrələnmiş əlaqə
Kabinet və tətbiq yalnız HTTPS ilə işləyir. Şifrələr açıq mətn kimi saxlanmır.
Gündəlik ehtiyat nüsxə
Məlumatlar hər gün ehtiyat nüsxəyə köçürülür. Səhv silinmə və ya nasazlıq halında bərpa edilir.
Pul əməliyyatlarının qeydi
Ödənişin qeydə alınması və ləğvi, hesabın ləğvi kimin və nə vaxt etdiyi ilə birlikdə yazılır.